loading...
- - - -

Xəzər Rayon Binə bələdiyyəsinin sədri Habil Həmidovun "REALNEWSİNFO.COM"-a VİDEO MUSAHİBƏSİ pulsuz mp3 yukle

Baxiş sayi 444

loading...
Xəzər Rayon Binə bələdiyyəsinin sədri Habil Həmidovun "REALNEWSİNFO.COM"-a VİDEO MUSAHİBƏSİ mp3 indir, mp3 yukle, pulsuz şarkı yükle, bedava mobil mp3 Tarix : 4 months ago

"REALNEWSİNFO.COM" Torpaq sahələri xəritəyə salınmır

Sənədləşdirilməsi müşkülə çevrilən Xəzər rayonu Binə əraziləri heç xəritəyə də salınmayıb. Azərbaycanda qanunsuz tikililər, rəsmiləşdirilməmiş torpaq sahələri xəritəyə salına bilməz. sözlərinə görə, torpağın mülkiyyət formasından asılı olaraq, onun tabe olduğu qurumun rəsmi sərəncamı olmadan həmin ərazilər xəritəyə salınmamalıdır: «Əgər bu torpaqlar dövlət torpaqlarıdırsa və icarəyə verilirsə, həmin rayonun İcra Hakimiyyətinin başçısı bununla bağlı sərəncam verməlidir. Əgər bələdiyyə torpaqlarıdırsa, həmin ərazinin bələdiyyəsinin sərəncamı olmalıdır. Rəsmi sənədi olmayan heç bir ərazi xəritəyə salınmır”.
Artıq insanlar neçə illərdir ki, burda yaşayır. Öz hesablarına kommunikasiya xətləri çəkiblər, hətta telefon xətti belə var. Burda yeni nəsil dünyaya gəlib. Qəsəbə gündən-günə böyüyür. Buna baxmayaraq, vətəndaşlar torpaq üzərində mülkiyyət hüququnu əldə edə bilmirlər. Dəfələrlə müraciətlər olunub, heç bir nəticəsi yoxdur.

Sərəncam yerinə yetirilmir
Ölkə başçısı İlham Əliyev 13 iyun 2008-ci ildə “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” sərəncam imzalayıb. 2866 saylı həmin sərəncamda deyilir:“Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə qərara alıram:
1. Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi25983,31 hatorpaq sahələrinin9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə52,84 ha, Əzizbəyov rayonu üzrə5820,26 ha, Xətai rayonu üzrə202,49 ha, Sabunçu rayonu üzrə2502,81 havə Suraxanı rayonu üzrə1376,35 hatəşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı, Abşeron rayonlarının icra hakimiyyətləri ilə birlikdə bir ay müddətində bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan torpaq sahələrinin qanunvericiliklə müəyyənləşdirmiş yerquruluşu işləri əsasında sərhədlərinin yerində müəyyən edilmə-sini və təhvil-təslim işlərinin aparılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bakı şəhər və Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu, Suraxanı rayonlarının icra hakimiyyətlərinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndi ilə idarəçiliyə qaytarılan torpaq sahələrində yerləşən yaşayış məntəqələrinin qanunvericiliyə uyğun olaraq perspektiv inkişafı ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Sərəncamdan irəli gələn tələblər də bu günə qədər yerinə yetirilməyib. Halbuki onun yerinə yetirilməsi vətəndaşların torpaq problemini müəyyən qədər həll edə bilərdi.

Sərəncamda qeyd olunan ərazilər hələ də Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) idarəçiliyinə qaytarılmayıb. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mütəxəssislərinin rəyinə görə, İH-nə verilməsi üçün ərazilərin boş olması lazımdır. Sənədlərdə bu, boş kimi göstərilsə də, defakto yaşayış məskənidir. Ona görə də İH tərəfindən qəbul edilmir.

BŞİH isə bununla bağlı sualları cavablandırmır.
Baş verənlərdən aydın görünür ki, hökumət vətəndaşların mülkiyyət hüququnu qorumaqda maraqlı deyil. Əks halda verilmiş sərəncam icra olunar, bu məsələlər qanuni yolla öz həllini tapardı.
Mövzünu Diqqətdə Saxlayacağıq.


Araşdırmalarımız Davam Edir.


Xəbəri Hazırladı Jurnalist Araşdırmaçı Yazar Emin Ramazanov


Qarşı tərəfi də dinləməyə hazıriq

REALNEWSİNFO.COM